0702133333

0702133333

Vətəndaş müraciətlərinin statistikası |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
15.10.2024 17:20

Vətəndaş müraciətlərinin statistikası Oktyabrın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 28 672 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 18 659-u çağrı mərkəzləri, 561-i sosial media, 3 428-i ”WhatsApp” vasitəsilə olduğu halda, 1 079-u elektron, 1 341-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 604 müraciət qeydə alınıb.     Müraciətlər müəllimlərin qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi, xarici diplomların təsdiqi, təhsil haqqı və güzəştlər, müddətli müqavilə ilə işə təyinat, texniki işlə təmin olunma və digər məsələlərlə bağlı olub.